İranda “Cəşn-e təklif” adı altında azyaşlı qızların iştirakı ilə keçirilən dini mərasimdə gənc oğlan aparıcıya hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Məlumata görə, soyuq silahla gəncin hücumundan sonra mərasim yarıda saxlanılıb.
Xatırladaq ki, İranda bu tədbir əsasən qızların dini baxımdan yetkinlik yaşına çatmasını qeyd etmək üçün keçirilir.