İrandakı güclü partlayışda 28 nəfər ölüb, 1139 yaralı varbackend

İrandakı güclü partlayışda 28 nəfər ölüb, 1139 yaralı var

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Qeyd edilib ki, 6 nəfər itkin düşüb.

***

İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Hadisə zamanı yaralananların sayı isə 800 nəfərə çatıb.

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.

“Tasnim” partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.

Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*