ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərində müşahidə olunan yük maşınları ilə bağlı maraqlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, Tramp iddialara cavab olaraq bildirib: “Obyektlərdə görünən maşınlar və kiçik yük avtomobilləri sadəcə betonçulara məxsus idi. Onlar şaxtaların üst hissəsini betonla örtməyə çalışırdılar. Oradan heç nə çıxarılmayıb. Bu, çox uzun vaxt aparardı, olduqca təhlükəli olardı. Üstəlik, həmin avadanlıqlar daşınmaq üçün həm çox ağır, həm də çox həcmlidir”.
Prezident bu bəyanatı ilə İranın ABŞ zərbələrindən əvvəl uranı obyektlərdən çıxardığına dair yayılan məlumatlara aydınlıq gətirməyə çalışıb.
Natiq Səlim,
KONKRET.az