İrandan Azərbaycana gələnlərin sayı məlum oldubackend

İrandan Azərbaycana gələnlərin sayı məlum oldu

Bu ilin may ayında İran İslam Respublikasından Azərbaycana 17 787 turist səfər edib.

KONKRET.az xəbər verir ki, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 631 nəfər və ya 8,4% azdır.

Cari ilin yanvar-may ayı ərzində isə İrandan Azərbaycana 84 215 turist gəlib ki, bu da 2024-cü ilin ilk 5 ayına nisbətən 5 363 nəfər və ya 6% azalma deməkdir.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244 079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.

Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*