İrandan Azərbaycana qarşı NÖVBƏTİ QƏRƏZ: “Dəhliz məntiqi” təhlükə yarada bilər”backend

İrandan Azərbaycana qarşı NÖVBƏTİ QƏRƏZ: “Dəhliz məntiqi” təhlükə yarada bilər"

İran Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Seyid Mohammad Kazim Sajjadpur Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi və “dəhliz məntiqi”nin tətbiqinə qarşı çıxıb.

KONKRET.az xəbər verir ki, İrəvanda keçirilən “APRI Armenia” forumunda çıxış edən Seyid Mohammad Kazim Sajjadpur bildirib ki, regionda hər hansı dövlətin hegemonluq yaratmaq cəhdlərinə qarşı durmaq vacibdir:

“Cənubi Qafqazda sabitliyin qorunması üçün sərhədlər dəyişdirilməməlidir. “Dəhliz məntiqi” də bu coğrafiyada təhlükə yarada bilər. Bu yanaşma qəbulolunmazdır”, – deyə Sajjadpur vurğulayıb.

Sajjadpur bu fikirləri, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aktuallaşdığı bir dövrə təsadüf edir.

Görünən odur ki, İranın hakim dairələrinin Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səsləndirdiyi fikirlər siyasi blefdən başqa bir şey deyil. Çünki zaman-zaman müxtəlif İran rəsmiləri rəsmi Bakının regional addımlarına və layihələrinə qarşı çıxırlar, Ermənistanın maraqlarına uyğun fikirlər səsləndirirlər. Bütün bunlar onu göstərir ki, İran regionda və dünyada Azərbaycanın gücə çevrilməsindən və nüfuzunun artmasında narahatdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*