İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT: Tehranın “papaqaltı siyasəti” nəyə hesablanıb?backend

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT: Tehranın “papaqaltı siyasəti” nəyə hesablanıb?

“Qarabağdakı separatçı-terrorçu rejim dekabrın 28-də Xankəndidə MMA döyüşçülərinin iştirak edəcəyi “beynəlxalq turnir” təşkil edəcək. Turnirdə Xankəndidəki erməni idmançılarla yanaşı, Ermənistan və İrandan da iştirak edənlər olacaq. Separatçılar belə tədbirlərlə “hələ də nəfəs aldıqlarını” göstərirlər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O, Ermənistanın bu prosesdə dəstəyinin təəccüblü olmadığını deyib, Bəs İran nə etmək istəyir?: “Xankəndinə qanunsuz yük daşınmasına görə gərginləşən İran-Azərbaycan münasibətləri yenicə düz xəttə çıxır və iki ölkə arasında verilən bəyanatlar, o cümlədən imzalanan mühüm sazişlər, müqavilələr də müsbətə doğru inkişafdan xəbər verir. İndi İran idmançılarının Azərbaycan torpaqlarındakı qanunsuz turnirdə iştirakı necə anlaşılmalıdır. İdmançıların öz fəaliyyəti, yoxsa Tehranın “papaqaltı siyasəti” kimi?. Birincisi, İran rəsmiləri idmançıların belə bir addımı özbaşına atdığını deyə bilər. Hərçənd, söhbət hər şeyin nəzarətdə saxlanıldığı İrandan gedirsə, bu çox da inandırıcı deyil. İkincisi, İran Yeni il ərəfəsi qonşu ölkələrlə sərhədlərini 15 gün müddətində bağlayır. Bu idmançılar Xankəndinə necə gedəcək, yaxud onlara səfər üçün niyə şərait yaradılacaq?. Üçüncüsü, yük daşımalarında məsuliyyəti özəl şirkətlərin üzərinə yükləyən İran bu dəfə də eyni yolla cavab verərək yayınacaq?”

Kremlin Bakıdan KTMT gözləntisi -“Rus NATO-su”nun faydası nə olacaq? - 2 rəy

Asif Nərimanlı əlavə edib ki, bu, nə Bakı-Tehran xəttində normallaşma prosesinə, nə də İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatlarına uyğun deyil. Və belə görünür ki, Tehranda hələ də separatçılara dəstək strategiyasından əl çəkmək istəməyənlər var.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*