İrandan gələn avtobusda qanunsuz yolla gətirilən siqaretlər aşkarlandıbackend

İrandan gələn avtobusda qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşının idarə etdiyi “Scanıa” markalı sərnişin avtobusu saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

KONKRET.az bu barədə DGK-ya istinadən xəbər verir.

Xidməti it avtobusun salonunda arxa oturacaqlara reaksiya verib və avtomobil əsaslı yoxlanılıb.

Avtobusun salonundakı oturacaqların arxa hissəsinə birləşən yerin arasındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə 3 200 ədəd “Kent nanotek infina” markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*