İranın bu gün səhər İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 23 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “ynetnews.com” məlumat yayıb.
Yaralılardan birinin durumu orta ağırdır, 22-i yüngül yaralanıb
***
09:50
İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.
Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfər orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.