İrandan ŞOK HƏDƏ: Trampın muzdlu əsgərlərinin məzarlığı Cənubi Qafqazda qazılacaqbackend

İrandan ŞOK HƏDƏ: Trampın muzdlu əsgərlərinin məzarlığı Cənubi Qafqazda qazılacaq

İran Ali Lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, ABŞ-ın dəstəklədiyi Cənubi Qafqazdakı koridor layihəsi “sui-qəsd xarakterli”dir, sərhədlərin dəyişdirilməsinə və Ermənistanın parçalanmasına yönəlib.

KONKRET.az xəbər verir ki, Vilayəti qeyd edib: “Bu koridor iqtisadi yol olmayacaq, ‘Trampın muzdlu əsgərlərinin məzarlığına’ çevriləcək. İran bu layihəni Rusiya ilə və ya Rusiyasız dayandıracaq”. Onun sözlərinə görə, Ermənistan xalqı ölkəsinin bölünməsinə qarşıdır və baş nazir də İrana səfəri zamanı layihəyə etirazını bildirib.

Vilayəti vurğulayıb ki, koridorun reallaşması Cənubi Qafqazın təhlükəsizliyinə təhdiddir və Rusiya da strateji baxımdan ona qarşıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*