İran bütün daxili və beynəlxalq aviareyslərin ləğv edilməsi müddətini uzadıb.
KONKRET.az bu barədə İRNA agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, İranın Mülki Aviasiya İdarəsi uçuşların dayandırılması müddətini iyunun 16-sı Bakı vaxtı ilə saat 02:30-a qədər uzadıb.
Respublikada sərnişindaşıma dəmir yolu və avtomobil nəqliyyatı ilə həyata keçiriləcək.