İranın Baş Qərargah rəisi İsraildən qisas almaq istəyirbackend

İranın Baş Qərargah rəisi İsraildən qisas almaq istəyir

“Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə bağlı İsrailə nə vaxt və necə cavab verəcəyinə İran özü qərar verəcək və medianın təxribatlarına uymayacaq”.

KONKRET.az xəbər verir ki, bunu İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri deyib.

“Bu cinayət əməlinə görə İsraildən qisas alınması qaçılmazdır. “Müqavimət oxu” qisas metodunu və miqyasını seçməkdə sərbəstdir”, – Baqeri bildirib.

Tehranın özünün regional müttəfiqi hesab etdiyi və “Müqavimət oxu” adlandırdığı İslami müqavimət qüvvələrinə müsəlman, əsasən də şiə olan yarımhərbi qruplar daxildir.

Bunlara Hizbullah, Fələstinin HƏMAS hərəkatı, “İraq İslami Müqaviməti” və Yəmənin üsyançı husi hərəkatı “Ənsar Allah“ birləşmələri daxildir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*