İranın birinci vitse-prezidenti İrəvana səfərə getdibackend

İranın birinci vitse-prezidenti İrəvana səfərə getdi

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif oktyabrın 1-də İrəvana səfərə gedib.

KONKRET.az xəbər verir ki, məlumatı “Tasnim” informasiya agentliyi yayıb.

Bildirilib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır.

M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq kimi iştirak edəcək.

Birinci vitse-prezident səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edəcək, bəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.

Səfər bir gün sürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*