İranın cavab zərbəsi “Sərt Cəza Əməliyyatı” adlandırıldı – DƏHŞƏTLİ BOMBARDMANbackend

İranın cavab zərbəsi “Sərt Cəza Əməliyyatı” adlandırıldı - DƏHŞƏTLİ BOMBARDMAN

İran Silahlı Qüvvələrinin İsrailə qarşı başladığı hərbi cavab əməliyyatı rəsmi şəkildə “Sərt Cəza Əməliyyatı” (Fars dilində: عملیات تنبیه شدید) adlandırılıb.

İran mediası və “Al Alam” telekanalının yaydığı məlumata görə, əməliyyat İsrailin son günlər ərzində İran ərazisindəki hərbi obyektlərə endirdiyi zərbələrə cavab olaraq hazırlanıb və icra olunur.

KONKRET.az xəbər verir ki, əməliyyatın məqsədi İsrailin hərbi infrastrukturlarına və mühüm obyektlərinə ciddi zərbə vurmaq, eyni zamanda bu ölkənin regionda apardığı siyasətə sərt cavab verməkdir.

İran hərbi rəhbərliyi bildirib ki, bu, yalnız başlanğıcdır və İsrail hücumlarını davam etdirərsə, cavab daha genişmiqyaslı olacaq. Regionda vəziyyət son dərəcə gərgindir və beynəlxalq ictimaiyyət münaqişənin böyüməsindən ciddi narahatlıq keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*