İranın əvəzinə Hizbullah hücum edəcək? – İSRAİLDƏ TƏCİLİ İCLAS KEÇİRİLDİbackend

İranın əvəzinə Hizbullah hücum edəcək? - İSRAİLDƏ TƏCİLİ İCLAS KEÇİRİLDİ

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın Hizbullah hərəkatının hərbi qanadının komandiri Fuad Şokru iyul ayında Beyrutda öldürüb. Hərəkat indiyədək cavab vermək niyyətindən əl çəkməyib. Bu baxımdan yaxın günlərdə İsrailə cavab zərbəsi endirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Kan” radiostansiyası mənbələrə istinadən yayıb.

Məlumata görə, hücum avqustun 25-də Qahirədə Qəzza zolağında vəziyyətin nizamlanması üzrə planlaşdırılan danışıqların növbəti raundunun gedişindən asılı olmayaraq hər an baş verə bilər.

Qeyd olunur ki, Livandan radikalların hücum ehtimalı ilə bağlı İsrail təhlükəsizlik qüvvələrinin rəhbərliyi son iki gündə baş nazir Binyamin Netanyahunun, müdafiə naziri Yoav Galantın və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevinin iştirakı ilə görüşlər keçirib.

Aysu İbrahimova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*