İranın keçmiş deputatı: “Tehran Zəngəzur dəhlizinin açılmasını nəzərdən keçirəcək”backend

İranın keçmiş deputatı: "Tehran Zəngəzur dəhlizinin açılmasını nəzərdən keçirəcək"

Hazırda İranın prioriteti Qərblə olan qlobal məsələlər, xüsusən də Yaxın Şərqdəki hadisələrdir.

KONKRET.az xəbər verir ki, bunu İran parlamentinin keçmiş üzvü Robert Beqlaryan  NEWS.am-ın müxbirinə müsahibəsində İranın Ermənistanla ABŞ arasında strateji əməkdaşlığa dair sənədin imzalanması ilə bağlı heç bir rəsmi açıqlama verməməsinə toxunaraq deyib.

“Düşünürəm ki, İran hazırda bilir ki, Ermənistan ciddi təhlükəsizlik vəziyyətindədir, müharibə təhlükəsi var. Eyni zamanda rəsmi Tehran Ermənistanla İran arasındakı sərhədlə bağlı qırmızı xətlərini açıq şəkildə bəyan edib. Ancaq Tehran istəyir ki, sülh formatında irəliləyiş olsun və bu prosesdə  müsbət rol oynasın. Mövcud siyasi vəziyyət qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlə baş verir ki, məncə, İran bütün ssenarilərinə hazır olacaq, hətta Zəngəzur dəhlizininin açılmasını nəzərdən keçirəcək”, – Beqlaryan bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*