İranın neft obyektləri fasiləsiz işləyirbackend

İranın neft obyektləri fasiləsiz işləyir

İran İsrailin hücumları zamanı neft obyektlərinə ziyan dəymədiyini və yanacaq paylanmasının fasiləsiz fəaliyyət göstərdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Milli Neft Emalı və Neft Məhsullarının Paylayıcı Şirkəti rəsmi açıqlama verib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*