İranın raket hücumları İsrailə 3 milyard dollarlıq ziyan vurubbackend

İranın raket hücumları İsrailə 3 milyard dollarlıq ziyan vurub

İran tərəfindən həyata keçirilən raket hücumları nəticəsində İsrailə dəymiş ziyanın həcmi 3 milyard dollar olaraq qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu məbləğ raket və ya onların qalıqları nəticəsində zərər görmüş binaların bərpası, eləcə də yerli sahibkarlara ödənilən kompensasiyaları əhatə edir. Lakin hesablamalara döyüş əməliyyatları zamanı istifadə olunmuş silahların və müdafiə sistemlərinin yenidən alınması ilə bağlı xərclər daxil edilməyib.

İsrailin maliyyə naziri Bəsalel Smodriç bildirib ki, bütün xərclər nəzərə alındıqda müharibənin ümumi dəyəri 12 milyard dollara çata bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*