2013-2019-cu illərdə İranın Rusiyadakı səfiri vəzifəsində çalışmış Mehdi Sənai İslam Respublikası Prezidenti Məsud Pezeşkian administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini təyin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İranın İRNA agentliyi yayıb.
Müvafiq fərmanı İranın yeni prezidentinin administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi imzalayıb. Bu vəzifədə Sanai üç il ərzində respublikanın vəfat etmiş prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə müşaviri olmuş Məhəmməd Cəmşidi əvəz edəcək.
Natiq Səlim,
KONKRET.az