HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İranın İsrailə gözlənilən cavabı böyük maraq doğurur.
KONKRET.az xəbər verir ki, sözügedən ölkənin cavab həmlələri ilə bağlı “New York Times” məqalə dərc edib.
Qeyd olunub ki, İranın milli maraqları ideoloji ambisiyalarından daha üstündür. SEPAH-ın sözçüsü general Əli Məhəmməd Naini İsrail ərazisini birbaşa vura bilməyəcəklərini deyib. O, qisas üsulunun fərqli ola biləcəyini vurğulayıb.
Nəşr yazır ki, qisas tədbirləri İran daxilindəki siyasi vəziyyətə görə ləngiyir. Qeyd olunur ki, yeni seçilən prezidenti Məsud Pezeşkian Qərb dövlətləri ilə münasibətləri gərginləşdirməmək üçün qisas əməliyyatını yubadır.
Həmçinin vurğulanıb ki, İranın ali dini lideri Əli Xamenei üçün də ən mühüm meyar rejimi qorumaqdır.
Mənbənin ikinci versiyasına görə isə İran hakimiyyəti “Ərbəin” mərasiminin yekunlaşmasını gözləyir.
Məlik Məlikov,
KONKRET.az