İranın xarici işlər nazirinin türkiyəli həmkarı ilə TELEFON DANIŞIĞI – TƏFƏRRÜATLARbackend

İranın xarici işlər nazirinin türkiyəli həmkarı ilə TELEFON DANIŞIĞI - TƏFƏRRÜATLAR

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi xəbər yayıb. Məlumata görə, İranın xarici işlər naziri çərşənbə günü axşam türkiyəli həmkarı ilə telefon danışığında Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən son prezident seçkilərində qazandığı qələbə, o cümlədən Ədalət və İnkişaf Partiyasının (AKP) parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

“Hüseyn Əmir Abdullahian da ümid etdiyini bildirib ki, iki ölkə arasında əməkdaşlıq iki ölkə prezidentlərinin iradə və istəkləri əsasında yeni hökumət dövründə də inkişaf edəcək.

O, həmçinin AKP-nin təmsilçilərindən biri kimi Mövlud Çavuşoğlunu Türkiyə parlament seçkilərində qazandığı uğurlar münasibətilə təbrik edib və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Nazir Rəisinin Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmək dəvətinə işarə edərək, İran İslam Respublikasının bu mərasimdə ən yüksək səviyyədə iştirak edəcəyini bəyan edib.

Türkiyənin xarici işlər naziri də öz növbəsində iranlı həmkarına təbrik mesajına görə təşəkkür edib.

Çavuşoğlu vurğulayıb ki, yeni hökumətdə hansı vəzifədə olmasından asılı olmayaraq İranla əməkdaşlığı inkişaf etdirməyə çalışacaq, çünki İranla əlaqələr Türkiyə üçün çox önəmlidir.

O, ikitərəfli əməkdaşlıqla yanaşı, iki ölkə arasında regional məsələlərdə də əməkdaşlığın vacibliyini vurğulayıb”, – İran mediası yazır.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*