İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın baş müşaviri Mehdi Məhəmmədi ölkədəki genişmiqyaslı kəşfiyyat məlumatlarının sızması nəticəsində bütün yüksək rütbəli komandirlərin cəmi bir saat ərzində öldürüldüyünü bildirib.
KONKRET.az xəbər verir ki, Mehdi Məhəmmədi bu barədə “The New York Times” nəşrinə danışıb.
“Bizdə genişmiqyaslı məlumat və kəşfiyyat sızması oldu, bunu inkar etmək mümkün deyil. Bütün yüksək rütbəli komandirlərimiz bir saat ərzində öldürüldü”, – deyə o, bildilib.
Məhəmmədinin sözlərinə görə, İranın buraxdığı ən böyük strateji səhv İsrailin bir neçə ay ərzində ölkənin müxtəlif bölgələrinə raketlər və pilotsuz uçuş aparatları yerləşdirməsi ilə bağlı məlumatların aşkarlanıb açıqlanmaması olub.
“The New York Times” nəşri qeyd edir ki, hazırda İran rəhbərliyi üç əsas təhlükə ilə üz-üzədir:
-
Ali lider Əli Xameneiyə qarşı sui-qəsd təhlükəsi;
-
ABŞ-ın müharibəyə birbaşa qoşulması ehtimalı;
-
İranın kritik infrastrukturuna — elektrik stansiyalarına, neft və qaz emalı zavodlarına, habelə bəndlərə qarşı daha dağıdıcı hücumların mümkünlüyü.
Natiq Səlim,
KONKRET.az