İranın Zəngəzur yalanları – VİDEObackend

İranın Zəngəzur yalanları - VİDEO

“İranda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr səngimək bilmir. Rəsmi şəxslər və çoxsaylı ekspertlər bu barədə davamlı olaraq açıqlamalar verir, İran dövlət televiziyasının müxtəlif proqramları və çeşidli “YouTube” kanalları bu mövzuda diskussiyalar təşkil edir, ölkə mediasında hər gün Zəngəzur dəhlizi ilə bağlı çoxsaylı məqalələr dərc olunur, eyni zamanda sosial şəbəkə fəalları bu məsələ barədə ardıcıl paylaşımlar edirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “YouTube” kanalının reportajında deyilir.

Belə təəssürat yaranır ki, İranda vahid mərkəzdən jurnalistlərə və təhlilçilərə tapşırıq verilib ki, Zəngəzur dəhlizi məsələsini hər vəchlə gündəmdə saxlasınlar və ölkə ictimaiyyətinə onun İran üçün böyük təhlükə olduğu fikrini aşılasınlar, həmin “təhlükə”nin əsas mənbəyi kimi də Azərbaycanı göstərsinlər.

Bunun belə olduğunu görmək üçün təkcə son günlər İranda dərc edilmiş bəzi məqalələrin başlıqlarına nəzər salmaq kifayətdir: “Zəngəzur sui-qəsdi” , “Zəngəzur və Davud dəhlizləri: İrana səssiz müharibə elanı” , “Zəngəzur dəhlizinin İrana qarşı geosiyasi təhdidləri” , “Zəngəzur – Qafqazda partlayış nöqtəsi: yeni dünya düzəni uğrunda müharibənin İran sərhədlərində formalaşması” , “Zəngəzur dəhlizi: İran və Azərbaycan Respublikasının maraqları arasında təzad” , “Zəngəzur: geosiyasi savaşın yeni cəbhəsi” və s.

O da qeyd olunmalıdır ki, bu məqalələri dərc edən media resursları siyasi-ideoloji baxımdan İrandakı müxtəlif qruplaşma və cərəyanlara, hətta müəyyən rəsmi şəxslərə bağlı olsalar da, Zəngəzur dəhlizi məsələsində vahid mövqedən çıxış edir və nəyin bahasına olursa-olsun, Azərbaycanı İrana qarşı hansısa gizli planların iştirakçısı olan düşmən obrazında təqdim etməyə çalışırlar. Bunun üçün dönə-dönə təkrarlanan yalan və dezinformasiyalarla yanaşı, açıq-aşkar təhriflərə və gerçək məlumatların gizlədilməsinə də əl atılır.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*