İranla ABŞ-nin ortaq maraqları – Onları Ermənistanla nə bağlayır?backend

İranla ABŞ-nin ortaq maraqları - Onları Ermənistanla nə bağlayır?

ABŞ ilə İran arasında münasibətlər bütün zamanlarda gərgin olaraq qalır. Amerikanın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən İran iqtisadiyyatı çətin vəziyyətdədir. İranın hərbi-sənayə kompleksinin vəziyyəti də standartlara cavab vermir. Trampın birinci prezidentliyi dövründə ABŞ-ilə İran arasında vəziyyəət olduqca kəskin xarakter aldığından hər an müharibə təhlükəsi qalırdı. İranla ABŞ fərqli siyasi qütblərdə yer alsalar da, Ermənistanla münasibətdə eyni mövqedən çıxış edirlər. Barışmaz düşmənlərin erməni sevgisi eynidir və hər ikisi Ermənistanın silahlanmasında maraqlıdır. Zəngəzur dəhlizini özünün qırmızı xətti hesab edən İran ABŞ-nin sərhədlərinə yaxınlaşmasına göz yumur. Ermənistanda da ABŞ-İran münasibətləri diqqət mərkəzindədir və onlar hesab edirlər ki,  Donald Trampın İran probleminin həllinə yanaşması  dəyişib.

KONKRET.az Verelq.am-a istinadən xəbər verir ki, bunu  politoloq Vardan Akopyan bildirib.

O, qeyd edib ki, Tramp ilk prezidentliyi dövründə İrana qarşı güc tətbiq etmək niyyətində olsa da bu baş vermədi. Akopyan hesab edir ki, Tramp komandasının gedişi İran probleminin güclə həlli planının həyata keçirilməsini arxa plana keçirdi: “ABŞ-nin geosiyasi maraqları və prioritetlərinin dəyişməz qalmasına baxmayaraq, metodlar dəyişib. Burada mən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla razıyam, o deyib ki, Amerika siyasətinin məzmunu dəyişməz qalacaq. Lakin forma dəyişəcək. Başqa sözlə, İran və İsrail problemi Tramp üçün aktuallığını qoruyub saxlasa da, onun problemlərin həllinə yanaşmaları dəyişib. O, Amerika əsgərlərinin başqaları üçün ölməyəcəyini söyləyəndə, bunun bir səbəbi var, bu sadəcə emosiya deyil”. Akopyan qeyd edib ki, Birləşmiş Ştatlar bu ölkədəki daxili siyasi proseslər vasitəsilə öz məqsədinə – İranın nüvə proqramından əl çəkməsinə və İranın İsraili tanımasına nail olmaq üçün İran hakimiyyətinə təzyiqləri artıracaq. Öz növbəsində ABŞ bu halda İrana qarşı sanksiyaları ləğv edəcək:“İslahatçı baxışları ilə tanınan Pezeşkiyanın İran prezidenti seçilməsi həm də siyasi həllin mümkünlüyünə ümid etməyə imkan verir”, -deyə politoloq bildirib.

İranla Amerikanın Ermənistan məsələsində eyni mövqedən çıxış etməsinə toxunan Akopyan bildirib ki, Ermənistan hər iki ölkə üçün vacib tərəfdaşdır. Onun sözlərinə görə İran Ermənistanın maraqlarını bütün zamanlarda qoruyub və Zəngəzur dəhlizinin açılamasının qarşısını da məhz Tehran rejimi alır. ABŞ-yə gəlincə isə Akopyan Vaşinqtonun Ermənistana olan marağından danışıb, bildirib ki, ABŞ-ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası erməni xalqı üçün xüsusi önəm daşıyır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*