İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, briqada generalı Həsən Həsənzadə Tehranda 110 mindən çox hərbçinin iştirak etdiyi ən böyük “Qüds zəvvarları” təliminin yaxın günlərdə baş tutacağını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Mehr” agentliyinə deyib.
Briqada generalı Həsənzadənin sözlərinə görə, bu cür təlimlər “Müqavimət Cəbhəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun onlara dəstəyi dayandırmayacağını göstərmək” məqsədilə keçirilir.
“Bu təlimlər zamanı düşmən “Bəsic” qüvvələrinin gücünün yalnız kiçik bir hissəsini görəcək”, – deyə Həsənzadə əlavə edib.
KONKRET.az