İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyanı İslam Respublikasının müdafiə obyektlərinə baş çəkməyə dəvət edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İrəvana səfərindən sonra general Əziz Nəsirzadə bildirib ki, İran-Ermənistan əməkdaşlığının inkişafı üçün münbit şərait artıq yetişib. Onun sözlərinə görə, səfər çərçivəsində müdafiə və iqtisadi sahələr də daxil olmaqla əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub və Ermənistanın müdafiə naziri ilə anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, cari ilin aprel ayında İran və Ermənistan sərhədyanı rayonlarda birgə xüsusi təyinatlı təlimləri keçiriblər.
Aynurə İsmayıl
KONKRET.az