İrəvan 102-ci bazanı Azərbaycan sərhədinə daşımaq istəyir – VİDEObackend

İrəvan 102-ci bazanı Azərbaycan sərhədinə daşımaq istəyir - VİDEO

Ermənistan Rusiyanın bu ölkədə yerləşən 102-ci bazanın potensialının genişləndirilməsində maraqlıdır.

KONKRET.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib. O, Ermənistanın hər zaman bunda maraqlı olduğunu bildirib:

“Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın silahlanmasının gücləndirilməsi yolunda doğru addımlar atılıb. Mən əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq”.

Bununla belə Arutyunyan Rusiyanın Ermənistana əlavə hərbi dəstələr yerləşdirməsinə ehtiyac olmadığını söyləyib.

Arutyunyan, həmçinin İrəvan və Moskvanın 102-ci bazanın müəyyən hərbi birliyinin Ermənistanın şərqinə dislokasiya olunması imkanlarıyla bağlı məsələ üzərində çalışdığını deyib.

O, Ermənistanda olan Rusiya sərhədçilərinə əlavə funksiyaların verildiyini da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*