backend

İrəvan-Dubay reysini həyata keçirən təyyarə İranda məcburi ENİŞ ETDİ

FlyOne Armenia şirkətinin İrəvan-Dubay reysini həyata keçirən təyyarəsi İranda məcburi eniş edib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu bir gün əvvəl aviaşirkətin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.

O, gün ərzində aviaşirkətin açıqlama verəcəyini qeyd edərək, təfərrüat verməkdən yayınıb.

Sosial şəbəkələrdə ermənilər bildiriblər ki, təyyarə Dubaya çatana qədər onlar təyyarədə altı saat gözləməli olublar.

Aldığımız məlumata görə, Dubay hava dispetçerləri aviaşirkətin təyyarəsinin Dubayın hava məkanına daxil olmasına icazə verməkdən imtina ediblər. Təyyarə problem aydınlaşana qədər Şiraz hava limanında eniş etmək qərarına gəlib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*