Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Vaşinqtonda keçiriləcək görüş ərəfəsində Matta İncilindən sitat paylaşıb.
KONKRET.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında aşağıdakı sitatı qeyd edib:
“Xoşbəxtdir sülh yaradanlar, çünki onlar Allahın övladları adlandırılacaqlar.”
(Matta İncilindən, 5:9)
Gözlənilən görüş zamanı Ermənistan və Azərbaycan liderlərinin sülh sazişi imzalayacağı bildirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az