“Cənubi Qafqaz Dəmir Yolları” QSC İrəvan-Tbilisi-İrəvan beynəlxalq qatarının açılışını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “hraparak.am” saytı yayıb.
Mənbə yazır ki, qatar sentyabrın 3-də yola düşəcək. Sentyabrda qatar ayın tək günlərində İrəvandan, cüt günlərdə isə Tbilisidən yola düşəcək.
İrəvan-Batumi-İrəvan qatarı isə 10.01.2024-cü il tarixinədək qrafiki dəyişmədən hərəkət edir.
Günel Mikayılova,
KONKRET.az