İrəvan yenə təkrar etdi: “Sülh müqaviləsi ilə bağlı razılaşdırılmış məqamları imzalamaq istəyirik”backend

İrəvan yenə təkrar etdi: “Sülh müqaviləsi ilə bağlı razılaşdırılmış məqamları imzalamaq istəyirik”

Dəhliz məntiqində kommunikasiyaların blokadadan çıxarılması qeyri-mümkündür. Biz bu mövqeyə müəyyən dəstəyi, bəzi dövlətlərin Ermənistanın maraqlarına zidd olan mövqeyini də görürük.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NEWS.am-ın müxbiri ilə söhbətində bildirib.

“Bu məsələdə bizə dəstək olan ölkə təbii müttəfiqimiz olur. Bunun əleyhinə olan ölkə isə Ermənistanın maraqlarına zidd mövqedən çıxış edir. Yolun dəhliz məntiqində açılması mümkün deyil”, – deyə o, qeyd edib.
Qriqoryan əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu layihədə özəl şirkət iştirak edə bilər, lakin bütün kommunikasiyalara nəzarəti Ermənistan hakimiyyəti həyata keçirəcək.
O vurğulayıb ki, Ermənistanın kommunikasiyaların açılması məsələsinə yanaşması son 4-5 ildə dəyişməyib:
“Ermənistan sülh müqaviləsi layihəsinin 10-cu variantına Azərbaycandan cavab gözləyir. Sülh müqaviləsinin razılaşdırılmış bəndlərinin imzalanması məsələsində Ermənistan öz razılığını verdi və hər hansı bir sənəd imzalana bilər. Razılığa nail olmaq üçün işimizi davam etdirəcəyik”, – deyə o, əlavə edib. – Bu sənədin imzalanması üçün hər iki tərəfin razılığı lazımdır”.

“Və biz bu razılaşdırılmış məqamları imzalamaq istəyirik”, – Qriqoryan qeyd edib. – Bütün fikir ayrılıqlarını birdən həll etmək mümkün deyil”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*