İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert cavab verdibackend

İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert cavab verdi

“Türkiyə heç bir zaman qonşu ölkələrin daxilində gedən siyasi proseslərə müdaxilə etmir, onların daxili işlərinə qarışmır”.

KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan mətbuatında 13 türk kəşfiyyatçısının İrəvanda olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, artıq məğlubiyyətə uğrayan Ermənistan hər yerdə türk əsgəri, türk zabiti görür:

“Bu məlumatlarla mən də tanışam. Bu 44 günlük əməliyyatlarda tamamilə darmadağın olan Ermənistan hazırda məğlubiyyət sindiromu yaşayır. Bu məğlubiyyət sindiromu hazırda siyasi proseslərə də sirayət etməkdədir. Ümumilikdə isə Ermənistan mediası, xüsusu ilə onun idarə olunan komponenti hər bir baş verən prosesdə kənar qüvvələrin təsirini axtarmağa çalışır. Halbuku bu proseslər Rusiya və Ermənistan arasındakı gərgin münasibətlərin “İskəndər” raketinin yararsızlığı barədə Paşinyanın bəyanatından sonra pik nöqtəsinə çatması ilə əlaqədardır. Müxalifət mütinqində biz havada məhz müxalifəti dəstəkləmək məqsədi ilə Rusiya qırıcısının uçduğunu gördük. Türkiyə isə hərbi çevrilişə cəhd barədə Paşinyanın istefasını tələb edən Onik Qasparyanın məlum bəyanatı səslənən kimi ən yüksək səviyyədə bütün növ hərbi çevrilişlərə qarşı olduğunu rəsmən dilə gətirdi”.

Ədalət Verdiyev qeyd edib ki, bu iddialar tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

Qeyd edək ki, Ermənistan mətbuatında 13 türk kəşfiyyatçısının İrəvanda olması ilə bağlı məlumat yayılıb. İddiaya görə, onlar Türkiyə Hərbi Kəşfiyyat, Kəşfiyyat Planlaşdırma və Əməliyyat İdarəsinin əməkdaşlarıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*