İrəvanda iki qadın Qarabağdakı erməni separatçıların “bayrağı” əks olunan lövhəni cırıb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülər şəhərin Sayat Nova küçəsində qeydə alınıb. Qadınlar 44 günlük savaşı əks etdirən bannerdə separatçıların bayraq hesab etdiyi əsgi parçasını cırıb, yerə atıblar.
Onlar Ermənistanın bütün problemlərinin bu bayraqdan qaynaqlandığını, buna görə erməni gənclərin öldüyünü bildiriblər.
KONKRET.az