İrəvanda Laçın keçid məntəqəsinin “yığışdırılması tələbi” ilə imza toplanmasına başlanılıbbackend

İrəvanda Laçın keçid məntəqəsinin "yığışdırılması tələbi" ilə imza toplanmasına başlanılıb

İrəvanda Laçındakı keçid məntəqəsinin “yığışdırılması tələbi” ilə imza toplanmasına başlanılıb.

KONKRET.az xəbər verir ki, bu  barədə erməni mediası məlumat yayıb.

Erməni deputat Taqui Tovmasyan Laçında azərbaycanlıların qurduqları keçid məntəqəsinin “götürülməsi tələbi” ilə imza toplamağa başlayıb.

“Qarabağ erməniləri də imza toplamağa başlayıblar. Biz də imza toplayacağıq. Ermənilər heç bir halda Azərbaycan daxilində azlıq hesab edilməməlidir. Bunu təkcə hakimiyyət orqanları deyil, danışıqlarda iştirak edən bütün qüvvələr də qəbul etməlidir”, – deyə Tovmasyan bildirib.

O bildirib ki, imzatoplama sabah da davam edəcək.

P.S. Əlinizdən gələni beş qaba çəkin, faydası yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*