İrəvanda məktəbə atəş açan erməni gənc SAXLANILDIbackend

İrəvanda məktəbə atəş açan erməni gənc SAXLANILDI

İrəvan məktəbinin pəncərələrinə pnevmatik tapança ilə atəş açan erməni gənc saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşları “Mxitar Sebastatsi” liseyinin pəncərələrinə pnevmatik tapançadan atəş açan 17 yaşlı ermənini saxlayıb.

Polisin məlumatına görə, hadisə aprelin 15-dən mayın 3-dək baş verib. Zərərin məbləği 200 min dramdır.

Faktla bağlı cinayət işi başlanıb. Cinayətkarın silahının tapılması istiqamətində tədbirlər görülüb. İstintaq davam edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*