İrəvanda Paşinyanın ofisinin qarşısında etirazlar başladıbackend

İrəvanda Paşinyanın ofisinin qarşısında etirazlar başladı

“Veteranlar bildiriblər ki, mükafatlar öz mənasını itirib, çünki hazırkı rəhbərlik onların uğrunda mübarizə apardıqları ideyanı dəyərdən salıb”.

KONKRET.az xəbər verir ki, bunu İrəvanda hökumət evinin qarşısında etiraz edən veteranlar deyib.

Aksiyanın təşəbbüskarı Arman Petrosyan bildirib ki, medallar hökumətə qaytarılıb, çünki baş verənlərə görə məsuliyyət yalnız Paşinyanın üzərinə düşür.

“Baş nazir Nikol Paşinyanın hər bir siyasi bəyanatı ərazi və insan itkiləri ilə nəticələnib. Ona görə də, dövlət mükafatları bizim üçün heç bir dəyər daşımır: Hakimiyyət milli azadlıq mübarizəsindən əl çəkib. Bu ordenlər artıq mənasızdır, çünki onları qazandığımız ideya məhv edilib. Hakimiyyət səhvlərini etiraf etmək əvəzinə tarixi yenidən yazmağa çalışır”, – etirazçılar bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*