İrəvanda polis-vətəndaş qarşıdurmasıbackend

İrəvanda polis-vətəndaş qarşıdurması

Nikol Paşinyanın oğlunu qaçırmağa cəhddə günahlandırılaraq saxlanılan şəxsləri müdafiə edənlər gecəyarısı polis şöbəsinə hücum ediblər.

KONKRET.az bildirir ki, İrəvanın Şenqavit polis şöbəsində vəziyyət kəskin şəkildə gərginləşib. Etirazçılar polis şöbəsinin istintaq idarəsinin divarını aşaraq binaya daxil olmağa çalışıb. Bu zaman polislərlə vətəndaşlar arasında dava olub.

Bildirilir ki, bundan sonra saxlanılan 4 nəfərdən üçü sərbəst buraxılıb. Ölən hərbçi Jora Martirosyanın anası Qayane Martirosyan isə hələ də həbsdədir. Qadın baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmaqda şübhəli bilinərək saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*