İrəvanda rusiyayönlü qüvvələrin mitinqi: Separatçı simvollar və revanşist şüarlarbackend

İrəvanda rusiyayönlü qüvvələrin mitinqi: Separatçı simvollar və revanşist şüarlar

Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı, “Taşir” şirkətlər qrupunun rəhbəri milyardçı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının izdihamlı mitinqi keçirilir.

Qarşıdan gələn parlament seçkiləri ərəfəsində baş tutan bu aksiya rusiyayönlü revanşist qüvvələrin gövdə nümayişi kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, mitinq zamanı diqqətçəkən ən qalmaqallı məqam separatçıların qondarma “bayraq”larının dalğalandırılması olub. Aksiyada iştirak edən erməni revanşistlər separatçı rejimin simvollarını nümayiş etdirərək sülh prosesinə qarşı çıxışlar edir və ölkədə hakimiyyət dəyişikliyi tələbini irəli sürürlər.

Ekspertlər hesab edirlər ki, Moskvanın əsas namizədi hesab olunan Samvel Karapetyanın partiyası bu cür aksiyalarla həm xalqın hisslərini manipulyasiya etməyə, həm də Rusiya qarşısında öz sadiqliyini nümayiş etdirməyə çalışır. Şəhərin mərkəzi meydanlarında davam edən mitinq səbəbindən polis gücləndirilmiş iş rejiminə keçib, bir sıra küçələrdə hərəkət məhdudlaşdırılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*