Pensiya ilə bağlı VACİB AÇIQLAMA: “Ödənişlərdə çətinlik yarana bilər”backend

Pensiya ilə bağlı VACİB AÇIQLAMA: "Ödənişlərdə çətinlik yarana bilər"

Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl də (ipoteka kreditlərinin ödənilməsi, təhsil xərcləri və ya digər sosial ehtiyaclar üçün – red) istifadə etmək imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir.

Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sistemi buna uyğun deyil.

Asif İbrahimov

“Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırkı pensiyaçıların təminatına yönəldilir.
Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir”.

Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər:

“Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular”.

Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırkı şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdir.

Aynurə İsmayıl
KONKRET.az

  • Hərbi pensiyaçı
    Aprel 12, 2026 - 11:25

    Qeyri səmimi danışır. Bəs minlərlə vəfat etmiş pensiya yaşına çatmayan insanların kapitalı hara gedir?

  • Tahmin
    Aprel 12, 2026 - 14:36

    Men bu yawimda kredit odemey derdi cekirem.ne herleyirem 60yawimda rahat yawamagi.tupurum bele siyasete

  • Tahmin
    Aprel 12, 2026 - 14:37

    Bele siyaset olar?men bu yawimda kredit odemey derdi cekirem 32yawim var.daxildrn 50yawam.fikirden qocalmiwam uje

  • Şərif
    Aprel 12, 2026 - 15:05

    Bunu məcbur ediblər ki, yalnız bu cür danışa bilərsən, əgər vətəndaşın xeyrinə danışsan, o zaman sənin d…. Gedəcək

  • Ahmad
    Aprel 12, 2026 - 23:32

    Mənim Atamın yığlan pulu 86 min manatı kapitalda yoxa çıxdı səbəb?.

  • Elçin
    Aprel 13, 2026 - 09:16

    Düzgün danışmır. Demirik ki hamısını verin. Məsələn 60 min yığılıbsa yarısını verin kreditlərimizi bağlayaq. Onsuzda yenə həmin pul dövlətin bankına gedir də. Guya hamısı pensiya yaşına çatır???? Guya hamısı yaş çatsa belə bəyəm 90 yaşına kimi pensiya alır??

  • Taleh
    Aprel 13, 2026 - 19:20

    Dunyada elebir neft qaz olkesi yoxdurki uşaq pulu vermesin. Bizim olke bu siyahida tekdir.bunu hell ede bilmeyen dovlet pensiyani evvelden birdefelik odeniş kimi vermeyi bele duşunmez.

  • Наиля
    May 17, 2026 - 04:18

    Я в шоке🧐🧐 с 1978 непрерывный стаж до 2006 года потом урывками работала для наших работодателей возраст 45 лет не подходил😆😆😆 старая для любовницы 🤣🤣🤣 мерзость одна на должностях сидела а теперь пенсию получаю как обычный гражданин по старости НИЧЕГО ХОРОШЕГО НЕ ЖДИТЕ ОТ ЭТИХ ПОДОН***КОВ ОНИ ПОДДЕРЖКУ ТОЛЬКО Коррумпированным ОРГАНАМ ПОВЫШАЮТ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*