İrəvandan Bakıya TƏKLİF: “Sərhəd qoşunlarını Laçın yolunun girəcəyində yerləşdirək”backend

İrəvandan Bakıya TƏKLİF: "Sərhəd qoşunlarını Laçın yolunun girəcəyində yerləşdirək"

İrəvan Bakıya sərhəd qoşunlarını Laçın yolunun girəcəyinə yerləşdirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O deyib ki, Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunun girəcəyində silahlı qüvvələrin bölmələrinin əvəzinə Ermənistan sərhəd qoşunlarının yerləşdiriləcək. Bu barədə İrəvan Bakını məlumatlandırıb.

“Dünən biz Azərbaycana məlumat vermişdik ki, Ermənistandan Laçın yoluna birləşən yol tam hazır olmadığı üçün Kornidzor körpüsündən (Gorunzur – Zəngəzurda yaşayış məntəqəsi) sonra yol yalnız Ermənistan ərazisindən keçməklə davam edəcək. Ermənistanın sərhəd qoşunları bu hissədə dövlət sərhədinin mühafizəsini təmin edəcək. Sərhəd qoşunları bu əraziyə Ermənistan Müdafiə Nazirliyinin bölmələrinin yerləşdiyi mövqelərdə yerləşdiriləcək”, – Paşinyan deyib.

O qeyd edib ki, ermənilərin mövqelərində heç bir dəyişiklik olmayıb.

“Yeganə fərq odur ki, biz orada silahlı qüvvələrin bölmələri əvəzinə sərhəd qoşunlarını yerləşdirmək niyyətindəyik. Eyni təkliflə biz Azərbaycana da üz tutmuşuq”, – deyə Paşinyan izah edib.

Paşinyan əlavə edib ki, Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir.

Xuraman Etibarlı,

KONKRET.az

  • 🇦🇿🤘🇹🇷
    Mart 30, 2023 - 18:36

    Sən hələ tor-tokuntulərini Qarabağdan çıxart sonra yeni ideya ilə çıxış edərsən!

🇦🇿🤘🇹🇷 üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*