İş adamı maşınla qəsdən adam vurdu: saxlanılanlar var – Videobackend

İş adamı maşınla qəsdən adam vurdu: saxlanılanlar var - Video

Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Report-a açıqlamasında deyib.

O bildirib ki, hadisə mayın 20-də qeydə alınıb:

“İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hunday” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*