“Təhsil Nazirliyi İslam Universiteti məzunlarının diplom ala bilməməsindən məlumatlıdır”.
KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, hazırda məsələ araşdırılır:
“Novruz bayramından sonra ictimaiyyətə geniş məlumat veriləcək. 4 000-dən artıq insan diplom istəyir. Bu, 2000-ci ilin əvvəlindən yaranan problemdir və uzun vaxt tələb edir. Məsələyə laqeyd yanaşmırıq. Sadəcə müəyyən qədər vaxt lazımdır. Dövlət İmtahan Mərkəzi və aidiyyəti qurumlarla araşdırma aparılır”.