Fələstinin “İslami cihad” təşkilatının başçılarından biri Abdel Rahman Şehab İsrail tərəfindən açılan atəş nəticəsində Qəzza zolağında həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı qruplaşmaya istinadən məlumat yayıb.
Bildirilib ki, Şehabın ailə üzvləri də öldürülüb. Hadisə Qəzza zolağının şimalında yerləşən Cabaliya şəhərində baş verib.
Əlavə təfərrüatlar açıqlanmır.