İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürüldübackend

İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

İsmayıllı sakinindən odlu silah götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Namiq Beybutov və Zahid Şəfiyevin hər birindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

Onların barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*