İsmayıllıda 2 “KİA” avtomobili toqquşdu – Ölən və yaralı var / FOTObackend

İsmayıllıda 2 "KİA" avtomobili toqquşdu - Ölən və yaralı var / FOTO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu gün saat 10:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən “KİA” markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb.

Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*