İsmayıllı rayon sakinlərini ilan sancıb.
KONKRET.az-ın məlumatına görə, rayonun Qalagah kənd sakini, 2005-ci il təvəllüdlü Əliyev Səbuhi Qasım oğlu və Girk kənd sakini, 1958-ci il təvəllüdlü Quliyeva Fatma Cəfər qızını ilan vurub.
Fatma Quliyeva həyətdə əkin işləri görərkən, otların arasında olan ilan qəflətən onu sancıb.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara ilan zəhərinə qarşı vaksin vurulub, hazırda müalicə davam edir.