İsmayıllıya dolu və qar yağıbbackend

İsmayıllıya dolu və qar yağıb

Bu axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Yağıntı sonradan qar və yağışa çevrilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, təxminən fındıq boyda olan dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda hərəkət edən avtomobillər qısa müddət ərzində dayanıb.

Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda rayonun kəndlərində yağmurlu hava davam edir. Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib, İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün tədbirlər görülür. Ən çox yağıntı rayonun İstisu kəndi ərazisinə düşüb. Doludan sonra kəndə qar yağıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*