İspaniya Polisi peyk texnologiyasından istifadə edərək idman fırıldaqçılığı ilə məşğul olan qrupun fəaliyyətini dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.
Məlumata görə, əməliyyat Avropa Polis Agentliyi (Avropol) və İnterpolla əməkdaşlıq çərçivəsində keçirilib.
Bildirilib ki, qrupun “dünyanın hər yerindən” idman tədbirlərindən canlı siqnallara daxil olmaq üçün yeni texnoloji sistemləri olub.
Polisin sözlərinə görə, fırıldaqçılar “bukmeker kontorlarının aldıqları siqnalı qabaqlamağa” və bununla da onları aldatmağa nail olublar.
Xatırladaq ki, əməliyyat zamanı 23 nəfər saxlanılıb.
Ariz Həsənoğlu,
KONKRET.az