İsrail ABŞ-dan 10 milyard dollar yardım istəyirbackend

İsrail ABŞ-dan 10 milyard dollar yardım istəyir

 İsrail ABŞ-dan 10 milyard dollar təcili hərbi yardım istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, yardım paketi hazırda Konqres tərəfindən Ağ Evlə razılaşdırılaraq hazırlanır.

ABŞ qanunvericiləri İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi üçün ehtiyat sursatlar, dəqiq bombalar, standart bombaların dəqiq döyüş sursatına çevrilməsi üçün JDAM dəstləri və 155 mm-lik sursatla təmin olunmasını müzakirə ediblər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*