İsrail Avroviziyada iştirak etsə, bu ölkə İMTİNA EDƏCƏKbackend

İsrail Avroviziyada iştirak etsə, bu ölkə İMTİNA EDƏCƏK

İsrailin iştirakına icazə verilərsə, İrlandiya 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

“RTE-nin mövqeyi ondan ibarətdir ki, İsrail iştirak edəcəyi təqdirdə İrlandiya “Avroviziya 2026” Mahnı Müsabiqəsində iştirak etməyəcək və İrlandiyanın iştirakı ilə bağlı yekun qərar Avropa Yayım Birliyinin qərarından sonra veriləcək”, – deyə telekanalın bəyanatında bildirilir.

RTE-nin baş direktoru Kevin Bakhert qeyd edib ki, Qəzzada davam edən dəhşətli insan ölümləri fonunda İsrailin bu yarışmada iştirakı qəbuledilməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*