İsrail BMT-nin baş katibi Antonio Quterreşin istefasını tələb edib.
KONKRET.az xəbər verir ki, buna səbəb Antonio Quterreşin Fələstin-İsrail müharibəsi ilə bağlı söylədiyi fikirlərdir.
“HƏMAS hücumlarının boş yerə baş vermədiyini də etiraf etmək vacibdir”, – Quterreş deyib.
“Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Onların iqtisadiyyatı boğulur, insanları didərgin salındı, evləri söküldü. Fələstinlilərin çətin vəziyyətlərinin siyasi həllinə olan ümidləri artıq sönməkdədir”, – deyə diplomat qeyd edib.
O bildirib ki, HƏMAS-ın dəhşətli hücumlarına görə, Fələstin xalqı kollektiv şəkildə cəzalandırıla bilməz.
Qeyd edək ki, Quterreşin şərhləri İsraili qəzəbləndirib. BMT səfiri Gilad Erdan baş katibin istefasını tələb edib. Xarici işlər naziri Eli Koen isə Quterreşlə görüşü ləğv edib.
Ariz Həsənoğlu,
KONKRET.az
Quterreş vəziyyəti olduğu kimi izah edib, təəccüblü nə isə yoxdur.